Böyük Britaniya Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin dul arvadı Safiya Fərkaşa qarşı sanksiyaları yumşaldaraq, onun ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırıb.
Bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.
Qəddafi və onun qohumlarına qarşı məhdudlaşdırıcı tədbirlər London tərəfindən BMT Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 saylı qətnaməsinə uyğun olaraq tətbiq edilib.
Qeyd edək ki, Farkaş (qızlıq soyadı əl-Brasai) Qəddafinin ikinci həyat yoldaşı və səkkiz uşağından yeddisinin anası olub. Onlar 1970-ci ildə evləniblər və Qəddafi 2011-ci ildə vətəndaş müharibəsi zamanı öldürülənə qədər birlikdə yaşayıblar. Britaniya hökumətinin məlumatına görə, Fərkaşın Oman vətəndaşı pasportu var. Onun hazırda Misirdə yaşadığı güman edilir.
TodayNews
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər