Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı


Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib.


Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib.


Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik omba kimi digər oynaqlarda özünü göstərir, xəstəlik ən çox 40 yaşdan aşağı yaşlı insanlarda özünü göstərir.


Xəstəlik rus psixiatr, nevroloq və fizioloq Vladimir Bexterevin adını daşıyır.

Tarix: 25-04-2024, 14:09
Baxış sayı: 134







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər