"Oğlum, qol vur, atan sevinsin" pankartını açdı, “Neftçi”ni məyus etdi - FOTOLAR

Ötən gün Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.


İkinci görüşdə "Neftçi" "Zirə"nin qonağı olub. 


TodayNews.az xəbər verir ki, oyunda “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun azarkeşlər sırasında əyləşən atası Etibar Bayramov maraqlı plakatı ilə diqqət çəkib.


Belə ki, onun atası "Oğlum, Fuad, qol vur, atan sevinsin", yazılı pankart açıb.


Atasının bu "xahişini" yerinə yetirən Fuad rəqib komandanın qapısından bir qol keçirib.


Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Fuad Bayramovun vurduğu qola qədər hesab 1:1 olub. Meydanda 10 nəfərlə qalmasına baxmayaraq, Fuadın vurduğu qolla "Zirə" 2:1 önə keçib və komanda daha bir qol vuraraq 3:1 hesablı qələbə qazanıb.


 



Tarix: 21-04-2024, 15:28
Baxış sayı: 239







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər