Qurbanovdan “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə namizəd olması ilə bağlı - AÇIQLAMA
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olmasına münasibət bildirib.
“Qol.az” xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qəbələ"yə qarşı keçirilən matçdan (2:2) sonra bununla bağlı deyib:
"Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir".
Qeyd edək ki, "Beşiktaş"ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında Q.Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib.
Tarix: 21-04-2024, 10:37
Baxış sayı: 224
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər