Paşinyan istefa verir - TƏCİLİ QƏRAR

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrda növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib.


Bu barədə Erməni mətbuatı məlumat yayıb.


Məlumata görə, bununla bağlı Paşinyan partiyanın təcili toplantısını çağırıb.


“Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazir hesab edir ki, bu, məhz onun “xilas”ıdır”, - məlumatda bildirilib.


İddia edilib ki, seçkilər sentyabrın 10-da keçiriləcək.


Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2021-ci ilin iyununda keçirilib. Növbəti parlament seçkiləri 2026-cı ildə olmalıdır. 


LAKİN,

Məlumat təkzib olunub. Bu barədə Ermənistanın “Baqramyan 26” Teleqram kanalı məlumat yayıb.


Kanal “sensasiyalı” məlumatın 1 aprel zarafatı olduğunu yazıb.


Həmçinin bildirilib ki, bu “zarafat”ı Azərbaycan mediası ciddi sayıb, manşetə daşıyıb.


Xatırladaq ki, sözügedən məlumatı “Sputnik Ermənistan” manşetdən tirajlamışdı.

 

Tarix: 1-04-2024, 11:39
Baxış sayı: 122







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər