“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina edərsə, yeni müharibə qaçılmazdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Voskepar kəndinin (Azərbaycanın Əskipara kəndinə bitişik kənd) sakinləri ilə görüşdə deyib. O, sakinlərdən birinin sualını cavablandırıb:
“Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında görüşəndə deyəcəksiniz ki, "Yaxşı, biz sadə kəndliyik, heç bir məlumatımız yox idi, amma siz hər şeyi bilirdiniz””.
O, həmçinin əlavə edib ki, delimitasiya və demarkasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri ilə mövcud təmas xətti tanınmış sərhədə çevriləcək və orada hərbçilərin əvəzinə sərhədçilər olacaq:
“Sərhəd qanuni hasardır. Azərbaycanla danışıqlar zamanı sərhədyanı kəndlərin sakinlərinin təhlükəsizliyinə təminat kimi məsələlər öz həllini tapacaq”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər