İslandiyada növbəti vulkan püskürməsi baş verdi

 İrlandiyanın Grindavik liman şəhərində yeni vulkan püskürməsi baş verib və lava axını yaşayış məntəqəsinə yaxınlaşır.

Todaynews.az xəbər verir ki, yüzlərlə kiçik zəlzələ qeydə alındıqdan sonra bütün sakinlər gecə saatlarında təxliyə edilib.

"Lava Grindavikə tərəf axır və ən şimalda yerləşən evlərdən 450 metr məsafədədir. Buna görə də lavanın evlərin üzərinə axması riski böyükdür. Lava Grindavikdə tikilmiş bəndi yarıb”, - deyə İslandiyanın “RUV” Televiziya və Radio Şirkətinin məlumatında bildirilib.

Dünən axşam səlahiyyətli nümayəndələr sakinləri təxliyə olunmağa çağırıblar. Saat 03:00-dan 04:00-dək bu rayonda yüzdən çox kiçik zəlzələ qeydə alınıb, səhər saat 05:00-da isə yaşayış məntəqəsinin şərq hissəsində elektrik enerjisi kəsilib. Bütün sakinlərin püskürmədən əvvəl təxliyə edildiyi qeyd olunur.

Püskürmənin nə qədər davam edəcəyini söyləmək çətindir. Noyabr ayında baş verən püskürmə bir neçə gündən sonra dayanmışdı. Bununla belə vulkan püskürmələrinin aylarla və ya illərlə davam etməsinə dair misallar var.

Tarix: 14-01-2024, 21:11
Baxış sayı: 29







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər