Qəzaya uğrayan ABŞ-ın hərbi təyyarəsinin heyət üzvünün axtarışları dayandırıldı

Yaponiyanın sahil sularında ötən ilin noyabrında qəzaya uğrayan ABŞ hərbi hava qüvvələrinə məxsus “Osprey” hərbi nəqliyyat təyyarəsinin itkin düşən heyət üzvünün axtarışları dayandırılıb.

Todaynews.az Yaponiyanın mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələrinin komandanlığı açıqlama yayıb. Komandanlıq 40 gündən çox davam edən axtarış işlərinin gedişində təyyarənin sonuncu heyət üzvünün tapılmamasından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, ötən il noyabrın 29-da içərisində 8 nəfər olan təyyarə Yaponiyanın Yakuşima adası yaxınlığında qəzaya uğrayıb. ABŞ hərbi dəniz və hərbi hava qüvvələri ilə yanaşı, Yaponiya sahil mühafizə xidmətinin cəlb olunduğu axtarış işlərinin gedişində heyətin 7 üzvünün meyiti tapılıb.

Axtarış zamanı tapılan “qara qutu”dakı məlumatların təhlili nəticəsində qəzaya texniki nasazlığın səbəb olduğu məlum olub.

ABŞ hərbi hava qüvvələri və Yaponiya özünümüdafiə qüvvələri dekabrda bütün “Osprey” təyyarələrinin istifadəsini dayandırıb.

Tarix: 14-01-2024, 21:03
Baxış sayı: 31







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər