Rusiya prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir


Rusiyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, 87 faiz səslə Vladimir Putin qalib gəlib.


Bununla bağlı məlumatı Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi yayıb.


Verilən məlumata görə, ikinci yeri 4,6 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yeri 4,2 faiz səslə “Yeni insanlar” partiyasından Vladislav Davankov, dördüncü yeri isə üç faiz səslə LDPR-dən Leonid Slutski tutub.


Qeyd olunub ki, sorğu 2024-cü il martın 15-dən 17-dək seçki məntəqələrinin çıxışında aparılıb.


Ümumilikdə Rusiya prezident seçkisində səsvermə prosesini 129 ölkədən 1 115 beynəlxalq müşahidəçi və ekspert izləyib.

Tarix: 17-03-2024, 23:32
Baxış sayı: 195







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər