İlon Maskın şirkəti ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır


İlon Maska məxsus “SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.


Məlumata görə, şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına cavabdehdir.


Şəbəkə ABŞ Müdafiə Nazirliyinin quru qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub.


Əgər layihə uğurlu olarsa, “SpaceX” şəbəkəsi Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək üçün ABŞ Silahlı Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Tarix: 17-03-2024, 15:19
Baxış sayı: 185







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər