NASA: 2023-cü il ilk rekordun qeydə alındığı tarixdən bəri ən isti il oldu

 2023-cü il bütün müşahidələr tarixində planetin ən isti ili olub.

Todaynews.az xəbər verir ki, bu qənaətə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri gəlib.

"Yer səthinin orta temperaturu 2023-cü ildə rekord həddə isti olub. Keçən il orta temperatur təxminən 1,2 dərəcə Selsi təşkil edib", - NASA-nın açıqlamasında deyilir. Bildirilir ki, 2023-cü ilin ən isti ayı orta temperaturun təxminən 1,4 dərəcə Selsi olduğu iyul ayı olub. Bu da rekordların başladığı 1880-ci ildən bəri yeni rekord göstəricidir. İyun-dekabr aylarında tarixdə hər ay üçün ən isti temperatur qeydə alınıb.

"NASA və Milli Okean və Atmosfer Administrasiyasının qlobal temperaturla bağlı hesabatları milyonlarla insanın son bir ildə yaşadıqlarını təsdiqləyir: biz iqlim böhranı ilə üz-üzəyik", - NASA administratoru Bill Nelson deyib.

Sənəddə qeyd olunur ki, qlobal istiləşmə tendensiyası, alimlərin fikrincə, insan fəaliyyəti, qalıq yanacaq emissiyaları və çirklənmə, eləcə də El Nino iqlim fenomeni və vulkan püskürmələri kimi illik və ya çoxillik təbii hadisələrdən qaynaqlanır.

Tarix: 13-01-2024, 17:56
Baxış sayı: 50







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər