Zəncirvari avtomobil qəzası baş verdi

 Ermənistanda zəncirvari avtomobil qəzası baş verib, nəticədə 10-dan çox insan yaralanıb.

Todaynews.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yanvarın 12-də gecə saatlarında İrəvan-Sevan avtomagistralının 43-cü kilometrliyində 17 avtomobil toqquşub. On nəfərdən çox insan yaralanıb, onlardan biri 5 yaşlı uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan xilasedicilər və polis patrul xidmətinin əməkdaşları qəzaya uğramış avtomobilləri yolun hərəkət hissəsindən kənarlaşdırıb.

Tarix: 13-01-2024, 17:46
Baxış sayı: 30







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər