“Körpə Yoda” “Ulduz müharibələri” seriyasından olan yeni filmdə peyda olacaq

“Mandalorlu” adlı filmlər seriyasından təsirlənən ilk tammetrajlı filmin istehsalına bu il başlanacaq.

Todaynews.az xəbər verir ki, bu barədə “Walt Disney's (DIS.N) Lucasfilm” şirkəti məlumat yayıb. Filmin başına şlem qoyan əsas personajı Mandalorlu və onun dostu kimi tanınan Körpə Yoda və ya Qroqu hələ 2019-cu ildə “Disney+” striminq xidmətində debüt ediblər.

Serialın yaradıcısı Con Favro “Mandalorlu və Qroqu” adlanacaq filmin rejissoru olacaq. Lakin “Disney” şirkəti filmin nə vaxt işıq üzü görəcəyi barədə məlumat verməyib. Serialda Mandalorlu rolunun ifaçısı olan Pedro Paskalın bu rola yenidən geri dönəcəyi bildirib.

Qeyd edək ki, “Disney” şirkəti ən böyük layihələrindən biri sayılan franşiza üçün yeni strategiya üzərində işlədiyinə görə "Ulduz müharibələri" haqqında yeni filmlərin çəkilişini dayandırıb və bir neçə layihədən imtina edib. “Ulduz müharibələri” seriyasından sonuncu olan və 2019-cu ildə yayımlanan “Skayuokerin yüksəlişi” filmi dünya prokatında təxminən 1,1 milyard dollar gəlir gətirib.

İndi əfsanəvi kosmik saqanın pərəstişkarları körpə Yoda ilə görüşmək üçün filmin böyük ekranlara çıxmasını səbirsizliklə gözləyirlər.

Tarix: 12-01-2024, 20:42
Baxış sayı: 36







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər