ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatdı

 Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-ın İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb.

Todaynews.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

"Hücumların ümumi sayı bu günə qədər 130-dur. Bu hücumlardan 53-ü İraqdakı Amerika bazalarına, 77-si Suriyadakı bazalara edilib”, - deyə o qeyd edib.

Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının ötən ilin noyabrın 19-dan 27-yə yüksəldiyini təsdiqləyib.

Tarix: 12-01-2024, 20:35
Baxış sayı: 30







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər