Xəstələrdən ibarət növbəti qrup Qəzzadan müalicə üçün Türkiyəyə gətirilib

 İsrail-Fələstin arasında davam edən qarşıdurmada yaralanan və digər ağır xəstəlikləri olan insanlardan ibarət növbəti qrup Qəzzadan Türkiyəyə gətirilib.

Todaynews.az xəbər verir ki, Misirdən yola düşən iki təyyarə Ankaranın Etimesgut hərbi aeroportuna enib.

Göyərtəsində 26 xəstə və 34 xəstə yaxınının olduğu ilk təyyarə yerli vaxtla saat 21:15-də, 59 xəstə və onların ailə üzvlərindən ibarət 72 nəfəri daşıyan ikinci təyyarə isə 22:30-da Ankaraya çatıb.

İkinci təyyarə ilə Türkiyənin Səhiyyə Nazirliyinin Qəzzada fəaliyyət göstərən Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) on nəfər üzvü də Vətənə qayıdıb. Bu, Qəzzadan Türkiyəyə xəstələri daşıyan yeddinci təxliyədir.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca təxliyələrin davam etməsinin gözlənildiyini bildirib.

Tarix: 12-01-2024, 20:31
Baxış sayı: 38







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər