İsveçli həkimlər COVID-19-a qarşı malyariya dərmanından istifadəyə görə peşman oldular

İsveçdə qısa müddət ərzində COVID-19-a qarşı malyariya dərmanından istifadə edilib. Bu dərmanın istifadəsi isə dünyada minlərlə insanın ölümünə səbəb ola bilər.

Todaynews.az xəbər verir ki, adətən malyariya xəstəliyinin müalicəsində istifadə olunan hidroksiklorokin və xlorokin preparatları pandemiya dövründə ağır xəstələrə verilib. Lakin sonrakı tədqiqatlar bu dərmanın istifadəsinin ciddi yan təsirlərini aşkar edib. Pandemiya zamanı Höteborqdakı Sahlgrenska Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər klinikasında baş həkim işləyən dövlət epidemioloqu Maqnus Giesslen yerli mediaya dərmandan istifadə etdiyinə görə peşman olduğunu bildirib.

“Biz bu dərmandan istifadə etməməliydik. Xoşbəxtlikdən, malyariyaya qarşı dərmanın istifadəsini dərhal dayandırdıq. Yoxlanılmamış dərmanlar yalnız klinik sınaqların bir hissəsi kimi təyin olunmalıdır”, - deyə o, Höteborgs-Posten qəzetinə müsahibəsində. Sahlgrenska İsveçdə həmin dərmandan istifadəni dayandıran ilk xəstəxana oldu. Maqnus Giesslen hesab edir ki, pandemiya zamanı digər dərmanları, hətta müsbət təsiri sübut edilmiş preparatları sınaqdan keçirmək düzgün deyildi.

Bu yaxınlarda “Biomedicine & Pharmacotherapy” jurnalında dərc edilən beynəlxalq təhlil göstərir ki, dünyada ən azı 17,000 insan koronavirusa qarşı xlorokin qəbul etdikdən sonra vəfat edə bilər. Giesslen İsveçdə xlorokinlə bağlı ölüm hallarının olub-olmadığını cavablandıra bilməyib.

Tarix: 11-01-2024, 12:19
Baxış sayı: 28







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər