Ekvador Prezidenti ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdı

 Ekvador Prezidenti Daniel Noboa quldur dəstələrinə qarşı tədbirlər hazırlamaq üçün ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Todaynews.az xəbər verir ki, bu barədə dövlət başçısı X (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.

"İctimai və Dövlət Təhlükəsizliyi Şurası yenicə çağırılıb. Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik", - deyə Daniel Noboa bildirib.

Qeyd edək ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb. Bir qədər əvvəl ölkədə silahlı şəxslər “TC Television” telekanalına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.

Tarix: 10-01-2024, 14:54
Baxış sayı: 28







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər