Ekvadorda telekanala hücumda girov götürülənlərin çoxu azad edildi

 Ekvador hüquq-mühafizə orqanları “TC Television” telekanalının studiyasında quldurlar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

Todaynews.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının nümayəndəsi Roberto İsurieta Kanova məlumat verib.

"Əldə etdiyimiz məlumata əsasən, girovların böyük əksəriyyəti artıq buraxılıb. Hesabatları gözləyirik. Bizim birinci vəzifəmiz hələ də girovluqda olan əməkdaşların həyatını qorumaqdır", - deyə o qeyd edib.

Hakimiyyət azad edilən və girovluqda olanların sayı barədə dəqiq məlumat verməyib. Quldurların zərərsizləşdirilməsi əməliyyatı davam edir. Hücum edənlərdən bir neçəsi saxlanılıb.

Silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı yayımda olan aparıcıları girov götürüblər.

Bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Canlı yayımdan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanalın əməkdaşlarına silah tuşladığı görünür.

Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. Bazar ertəsi ölkə prezidenti Daniel Noboa həbsxanalarda asayişi bərpa etmək üçün fövqəladə vəziyyət və komendant saatı elan edib. Bundan əvvəl bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub.

Tarix: 10-01-2024, 14:48
Baxış sayı: 31







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər