Gürcüstanın hakim partiyasının fəxri sədrinə yeni səlahiyyətlər verildi

 Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının nizamnaməsində dəyişiklik edilib.

Todaynews.az xəbər verir ki, yeni dəyişikliyə əsasən hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə yeni səlahiyyətlər verilib. Partiyanın fəxri sədri bundan sonra ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürə bilər.

Gürcüstanın Ədliyyə Nazirliyi partiyanın nizamnaməsinə təklif olunan bu dəyişikliyi təsdiq edib.

Nizamnaməyə görə, siyasi şura partiyanın fəxri sədrinin irəli sürdüyü namizədi Gürcüstanın baş naziri vəzifəsinə təsdiqləyir.

Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.

Qeyd olunub ki, siyasi şura partiyanın fəxri sədri və qurultayda seçilən 15 üzvdən ibarətdir.

Tarix: 10-01-2024, 14:45
Baxış sayı: 28







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər