“Disney” 3D filmləri “Apple Vision Pro” qurğusu üçün əlçatan olacaq

 “Apple” və “Disney” şirkətləri “Apple Vision Pro”nun gözlük şəklində dizayn edilmiş qarışıq reallıq qurğusunda “Disney Plus”un 3D məzmunun işlək olacağını və onun abunəçilərinin bunun üçün xüsusi animasiya mühiti əldə edəcəyini açıqlayıblar. “Apple Vision Pro” dəbilqəsi fevralın 2-də satışa çıxarılacaq.

Todaynews.az xarici KİV-ə istinadla xəbər verir ki, satışların əvvəlində qurğunun dəstinə 3D məzmunlu 150 film, yüklənə bilən filmlər və seriallar, Travel Mode funksiyası, Disney+ və Amazon Prime Video yayın xidmətləri və s. daxil ediləcək.

Vision Pro, istifadəçilərə Disney+, ESPN, MLB, PGA Tour, Max, Discovery+, Amazon Prime Video, Paramount+, Peacock, Pluto TV, Tubi, Fubo, Crunchyroll, Red Bull TV, IMAX, TikTok və MUBİ-dən məzmun yükləməyə və yayımlamağa imkan yaradacaq.

“Apple Vision Pro” əyləncə üçün mükəmməl qurğudur", – deyə “Apple”in beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Qreq Cosviak bildirib.

“İstifadəçilər “Apple Immersive Video” ilə fərdi konsertlərdən və sərgüzəştlərdən zövq ala, Encounter Dinosaurs vasitəsilə eradan əvvəlki canlılarla qarşılıqlı əlaqə qura, hətta Environments ilə Ayın səthinə enə bilərlər. Bu, istifadəçilərin daha əvvəl istifadə etdikləri heç bir qurğuya bənzəmir və onların bu yenilikdən faydalanmağa başlayacaqları günü səbirsizliklə gözləyirik”.

Tarix: 17-01-2024, 20:00
Baxış sayı: 36







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər