Osakada Formula 1 mərhələsi keçirilə bilər

 Yaponiyanın Osaka şəhərində Formula 1 çempionatı mərhələsini keçirməyi düşünürlər.

Todaynews.az xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, layihənin icrasını prefektura qubernatorunun dəstəyi ilə yerli Turizm Bürosu həyata keçirir. Yerli hakimiyyət orqanları Formula 1 mərhələsinin təşkilini 2025-ci ilə planlaşdırılan “Osaka/Kansai Expo” beynəlxalq sərgisinə həsr etmək istəyirlər. Təşkilatçılar ümid edirlər ki, sərgi və Formula 1 mərhələsi Osakanı beynəlxalq turizm mərkəzinə çevirəcək.

Osakada Formula 1 mərhələsini qəbul etmək iqtidarında olan stasionar tras yoxdur. Bu səbəbdən yürüşləri şəhər trasında, ümumi istifadə üçün salınan yollarda keçirmək nəzərdə tutulur. Osakanın Turizm Bürosu başqa təfərrüatlar barədə xəbər verməyib, üstəlik Formula 1-in rəsmi şəxslərinin bu məsələyə reaksiyası da məlum deyil.

Suzuka trasında Yaponiya Qran-Prisinin keçirilməsi üzrə müqavilə 2024-cü il daxil olmaqla nəzərə alınıb. Çempionatın yeni mövsümündə Yaponiya mərhələsi payızdan yaza keçirilib, yürüş aprelin 7-nə planlaşdırılıb.

Tarix: 16-01-2024, 20:36
Baxış sayı: 26







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər