"Dostlar" serialının ssenarisi hərraca çıxarılacaq

"Dostlar" serialının 1998-ci ildə Londonda aşkarlanan iki orijinal ssenarisi Hardfordşirdə “Hanson Ross” hərrac evində satışa çıxarılacaq.

Todaynews.az xarici KİV-lərə istinadla xəbər verir ki, NBC-nin populyar “sitcom”unun ssenarisi hazırda mövcud olmayan “Fountain Studios”da dördüncü mövsümün birinci və ikinci epizodlarının çəkilişindən sonra tapılıb.

Gözlənildiyi kimi, şounun bütün aktyorları və çəkiliş qrupu hansısa məlumatın sızmasının qarşısını almaq məqsədilə ssenarini məhv ediblər. “The Telegraph”ın məlumatına görə, adının açıqlanmasını istəməyən studiyanın işçisi zibil qutusuna atılan ssenariləri xilas edib.

“Mən onları çəkilişlər başa çatdıqdan bir-iki həftə sonra zibil qutusunda tapdım. Mənim işim hər şeyin qaydasında olmasına və zibil qalmamasına nəzarət etmək idi. Bilmədim onları nə edim, bu səbəbdən sadəcə öz ofisimizin yeşiyinə qoydum”, - deyə 26 il ərzində bu ssenariləri qoruyub saxlayan Londonun 60 yaşlı sakini bildirib. O etiraf edib: “Yaxşı yadımdadır, bu ssenarilərin hansı aktyor heyətinə aid olması mənə çox maraqlı idi. Mən 1999-cu ildə “Fountain Studios”dan getmişəm. Masamı yığmağa gələndə sadəcə olaraq hər şeyi karton qutuya yığdım. Orada ssenarinin olduğunu unutmuşdum. Ssenarilər kağızlara qarışmışdı”.

1998-ci ilin epizodunda Cennifer Enistonun ifasında Reyçel Qrin öz nişanlısı Emili ilə (Helen Viktoriya Baksendeyl) evlənənədək Rossa (Devid Şvimmer) onu sevdiyini deməkdən ötrü Londona çatmağa çalışır.

“Dostların” fanatları bu ssenarilərə heyran olacaqlar. Biz bunları 600-800 funt sterlinq dəyərində satışa çıxarırıq. Lakin şounun böyük qlobal cəlbediciliyi sayəsində hərrac çəkicinin nə vaxt enəcəyi məlum deyil. “Dostlar”ın sonuncu şousu 20 il bundan əvvəl, 2004-cü ildə efirə çıxsa da, hələ də onu milyonlarla insan izləyir və zövq alır”, - deyə “Hanson Ross” hərrac evindən Amanda Batler qeyd edib.

Tarix: 15-01-2024, 21:49
Baxış sayı: 28







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər