Gürcüstanda qripə yoluxma halları 52 faiz artdı

 Cari il yanvar ayının ilk həftəsində Gürcüstanda qripə və bu qəbildən olan viruslara yoluxma halları 52 faizdən çox olub. Bu göstərici 2023-cü ilin dekabrında 28 faiz idi.

Todaynews.az xəbər verir ki, bu barədə Tbilisi Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çixeidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 5 yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı, eləcə də xroniki xəstəlikləri olan şəxslər xüsusi risk qrupuna aiddirlər.

Qrip virusuna yoluxmanın qarşısını almaq üçün maska taxmaq, çoxlu maye qəbul etmək, yaşayış və iş yerlərini tez-tez havalandırmaq, temperatur yüksəldikdə həkimə müraciət etmək lazımdır.

İ.Çixeidze virusa yoluxma hallarının artacağını istisna etməyib

Tarix: 15-01-2024, 21:44
Baxış sayı: 25







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - VİDEO

Son xəbərlər