“WhatsApp”dan YENİ FUNKSİYA: Ən çox qadınların İŞİNƏ YARAYACAQ!


“WhatsApp”“Android” istifadəçilərinə profil şəkillərinin ekran görüntüsünü çəkməyə icazə verməyəcək.

 

Kontaktlarının profil şəkillərinin skrinşotlarını çəkən istifadəçilər xəta mesajı ilə qarşılaşacaq və ya qara şəkil meydana çıxacaq.

 

“WhatsApp” bu addımı istifadəçilərinin profil şəkillərinin neqativ hallarda istifadəsinin (oğurluq, saxtakarlıq, imitasiya , təcavüz və.s) qarşısını almaq üçün atır.


Yeni funksiya hələ ki “iOS” istifadəçiləri üçün tətbiq edilməyib. Lakin böyük ehtimal, “İPhone”larda da bu yenilənmə olacaq. 

 

Qeyd edək ki, bu funksiya daha çox xanımların işinə yarayacaq. Çünki “WhatsApp” profillərindəki şəxsi fotolarının screen edilərək götürülməsindən ən çox qadınlar şikayətçidir.

Tarix: 16-03-2024, 13:54
Baxış sayı: 216







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - VİDEO

Son xəbərlər