Maskdan beyninə yerləşdirilən çip barədə HƏYƏCANLI AÇIQLAMA


“Neuralink”dən beyin çipi implantasiya edilmiş ilk insan tamamilə sağalıb. O, düşüncələri ilə kompüter siçanını idarə edə bilib.


Bu barədə startapın həmtəsisçisi, ABŞ-li milyarder İlon Mask bildirib.


Onun sözlərinə görə, irəliləyiş yaxşı gedir.


“Pasiyentin bildiyimiz neyron təsirləri ilə tam sağaldığı görünür. Xəstə sadəcə düşünməklə siçansız kursoru ekranda hərəkət etdirə bilir”, - deyə Mask vurğulayıb.


“Neuralink” əlavə məlumat üçün şərh verməyib.


Xatırladaq ki, sentyabr ayında insanlar üzərində sınaqlar üçün təsdiq alan şirkət yanvar ayında ilk xəstəsinə uğurla çip implantasiya edib.

Tarix: 21-02-2024, 10:30
Baxış sayı: 32







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər