Kanar adalarının sakinləri aclıq aksiyasına başladı - SƏBƏB


Kanar adalarında yerli sakinlər turistlərdən bezib və onların hamısının evlərinə getməsini tələb edirlər. Tenerifedə bir qrup fəal bu təşəbbüslə çıxış edərək aclıq aksiyasına başlayıb.

 

Keçən il adalara 14 milyona yaxın əcnəbi gəlib. Yerli sakinlər onları yaşayış şəraitinin, ətraf mühitin pisləşməsi və qiymətlərin bahalaşmasında günahlandırır.

 

20-yə yaxın yerli ictimai təşkilat birlikdə turistlərə qarşı çıxıb aclıq aksiyasına başlayıb.

 

“Burada özümü əcnəbi kimi hiss edirəm. Çox narahatam, sanki, hər şey sadəcə pivə içmək, günəşin altında uzanmaq, burger və kartof qızartma istəyənlər üçün yaradılıb”- deyə etirazçılardan biri bildirib. 

 

Fəallar turistləri ətraf mühitin pisləşməsi, nəqliyyat sıxlığı, qiymət artımı, su və mənzil çatışmazlığı, adaların həddindən artıq sıx məskunlaşması və səhiyyə sektorundakı problemlərdə günahlandırır.


Etirazçılar həmçinin adalarda otel və qolf meydançalarının tikintisini dayandırmaq və turizm vergisi tətbiq edilməsini istəyirlər. Onlar hakimiyyətin burada sənaye və kənd təsərrüfatını inkişaf etdirməməsi, bütün diqqətini turizmin inkişafına yönəltməsindən hiddətlənib.

 

Ötən il Kanar adalarına 14 milyona yaxın əcnəbi gəlib. Ötən illə müqayisədə isə onların sayı 13% artıb. Bu il turistlərin sayında artım tendensiyası davam edir.

 

"Yoxsulluq artır, həyat keyfiyyəti aşağı düşür, küçələrdə əvvəlkindən daha çox evsiz-eşiksiz insanlar görürsən. Sosial və ekoloji çökməyə yaxınlaşırıq. Hər şey sanki turizmin xidmətinə verilib. Əhalinin tələbatı nəzərə alınmır”- deyə fəal Ruben Peres bildirib.

Tarix: 13-04-2024, 23:04
Baxış sayı: 205







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər