Azərbaycanda 18 min manat pensiya alan var A- / A+
Azərbaycanda 18 min manat pensiya alan var




Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli şəxsi feysbuk hesabında pensiya sistemi ilə bağlı statistik məlumatları paylaşıb.

"TodayNews.az" xəbər verir ki, qurum rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib:

1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya
2. Şəxs əmək qabiliyyətini itirdikdə - əlilliyə görə pensiya
3. Şəxs vəfat etdikdə - Ailə başçısını itirməyə görə pensiya

Müşavir ümumi pensiyaçıların sayının 1,280,000 milyon nəfər olduğunu bildirib. Bu isə ölkə əhalisinin 13%-ini təşkil edir:

1. Yaşa görə pensiyaçılar - 750,000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar - 380,000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar - 150,000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat
2. Orta pensiya məbləği - 300 manat
3. Maksimum pensya məbləği - 18,208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım
2. 2018-ci il üzrə - 3% artım
3. 2019-cu il üzrə - 16.6% artım

Mustafa Abbasbəyli bildirib ki, pensiya heç də həmişə 200 manat olmur. Hal-hazırda aylıq 18,208 manat pensiya alan şəxs var.
шаблоны для dle 11.2
Tarix: 12-02-2020, 21:44
Baxış sayı: 769







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu