Ötən ay Naxçıvanda 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb A- / A+
Ötən ay Naxçıvanda 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb


Ötən ay Naxçıvanda 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

Ötən ay Naxçıvan Muxtar Respublikasında 27 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, Culfa, Kəngərli və Sədərək rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Şərur rayonunun Yuxarı Daşarx, Xanlıqlar və Siyaqut kəndlərində planaalma işləri başa çatdırılıb, 2054 daşınmaz əmlak obyekti plana alınıb. "Todaynews-az" Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, apreldə 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 425 texniki sənəd hazırlanıb, yeni yaranmış 72 daşınmaz əmlak obyektinə ünvan verilib. 72 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.шаблоны для dle 11.2
Tarix: 8-05-2019, 08:52
Baxış sayı: 31







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu