Qobustan rayonunda özbaşınalıq edən məmurlar və onların havadarları A- / A+
Qobustan rayonunda özbaşınalıq edən məmurlar və onların havadarları


Hələ 2016-2017-ci illərdən biz Qobustan Mərkəzi Xəstəxanasından yazırdıq. Xəstəxanada baş vermiş özbaşınalıqları, həkim Qurban Kərimovun vətəndaşlara saxta əlillik dərəcəsini pulla satması, adi sağlamlıq arayışlarını 10-20 manata, sürücülük vəsiqəsi üçün nəzərdə tutulmuş arayışları isə 50 manata satmasını ictimaiyyətə çatdırırdıq. Təəssüflər olsun ki, həmin dövrlərdə baş həkim Emin Hüseyn və həkim Qurban Kərimov aidiyyatı orqanlara çağırılsa da, bu heç bir nəticə vermədi və özbaşınalıqlar sürətlə artmağa davam etdi. İşə götürülən işçilərdən müxtəlif məbləğlərdə - 1000,1500, 3000 manat civarında pul tələb olunurdu.

Bu il isə ölkəmizdə və eləcə də dünyada geniş şəkildə yayılmış koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə səhiyyəmiz gücləndirilmiş iş rejimində çalışdı və ölkə başçısının tapşırığı ilə ağır iş rejimində çalışan səhiyyə işçilərinin maaşları artırıldı. Bütün bu hallardan istifadə edən Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn və xəstəxananın Pediatriya şöbəsinin müdiri Qurban Kərimov həkimlərə ayrılan əlavə vəsaitləri mənimsədi, işçiləri söydü, təhqir etdi, alçaltdı. Məsələ ilə bağlı Xəstəxana ilə əlaqə saxlayan jurnalistləri isə "müxalifət" adlandırdı. Tez-tez siyasi əqidəsini dəyişən Emin Hüseyn, görünür, kimin müxalifət, kimin iqtidar olduğunu hələ anlamır.

Məsələnin digər tərəfi isə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun bütün bu özbaşınalıqlara səssiz qalmasıdır. Biz hələ aylar öncə İcra başçısı Adil Məmmədovun haqqında oxucularımıza geniş məlumat vermişdik. İcra başçısının rayondakı özbaşnalıqlarından, biznes imperiyasından və onun havadarlarından danışmışdıq. Adil Məmmədov Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Ənvər Seyidovun qudasıdır. Yəni oğulları Fuad və Aqil Məmmədov qardaşları adı çəkilən yüksək rütbəli məmurların qızları ilə ailə həyatı qurublar. Adı çəkilən məmurların isə Adil Məmmədovu himayə etdikləri və üç rayondan keçən vəzifə yolu bunun bariz nümunəsidir.

İlk olaraq icra başçısının rayon mərkəzində ucaltdığı villadan danışaq. Dəyəri yüzminlərlə ölçülən bu villa Adil Məmmədovun Qobustan rayonunda işlədiyi dövr ərzində aldığı maaşdan dəfələrlə artıqdır. Başçı maaşı ilə belə bir villanı ucaltmaq və özünə biznes imperiyası qurmaq təbii ki, mümkün deyil.

Qərara gəldik ki, başçının qanunsuz biznesinin heç olmaya az bir hissəsini ifşa edək ki, gələcəkdə DTX-nin yolu bu rayondan keçib eləsə, araşdırma üçün çətinlik çəkməsinlər.

Adil Məmmədovun mediada geniş şəkildə yayılmış Masallı rayonunda yerləşən "Adil MMC" adlı şirkətdən başlayaq. Həmin şirkətin vasitəsi ilə il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəsisələrinə eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Bu məqsədlə ayrılan vəsaitlər "Adil" MMC-nin bank hesabına köçürülür.

İkinci məsələ isə rayon sakinlərinin əkin və otlaq sahələri ələ keçirilir. Mehdi Hüseynzadə adına sovxozun ərazisi Adil Məmmədov tərəfindən taxıl sahəsi kimi əkilir.
Qobustan ərazisində yol çəklişi zamanı rayonun dörd müxtəlif ərazisindən torpaq daşınması həyata keçirilirdi. Hər gün "Shacman" markalı yük maşınları ilə 250-300 reys olmaqla torpaq daşınırdı. Hər maşının tutumu isə 60-70kub metrdir. Gün ərzində daşınan torpağın ümumi qiyməti 8-10 min manat edirdi ki, bu da rayon icra hakimyyəti tərəfindən mənimsənilirdi.

Rayonun
"Cəngi" və "Qaracücü" adlanan ərazisində yerləşən Adil Məmmədova məxsus olan fermada isə DSMF nəzdində xidmət göstərən özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən iri və xırda buynuzlu heyvanları bu fermada dəyişdirilir, xəstə heyvanlarla əvəz edib əhaliyə verirlər.

İcra başçısı Adil Məmmədov Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzovla da birləşib şəhər ərazisində yaşayış sahələrini bir neçə şəxslərə satırlar. Eyni zamanda sakinlərə məxsus olan Dövlət Şəhərsalma və Arxitektura mərkəzində qeydiyyata alınmış yolu da ayrı-ayrı şəxsərə satıb nəticədə sakinlərin yolunu bağlayıblar.

Bütün bu özbaşınalıqları edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Rayon mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn əməllərini niyə görməməzlikdən gəldiyi hətta ona havadarlıq etdiyi hər kəsə məlumdur.

Bir rayon sakini kimi media vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə, Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə Idarəsinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edir, ölkəmizdə davam edən islahatların Qobustan rayonuna da şamil edilməsini tələb və xahiş edirik.шаблоны для dle 11.2
Tarix: 8-06-2020, 11:01
Baxış sayı: 198



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu