Qobustan rayonunda şəhid ailəsi Baş həkim Emin Hüseyn tərəfindən döyüldü A- / A+
Qobustan rayonunda şəhid ailəsi Baş həkim Emin Hüseyn tərəfindən döyüldü

Yəqin ki,ötən buraxılışımızda Qobustan Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisələr barədə dərc olunan məlumatlardan xəbərdarsınız. Todaynews.az ”DogruXeber.az"-a istinadən xəbər verir ki, Qobustan rayon sakini şəhid ailəsi 2-ci qrup əlil Qəribov Əflatun Həsən oğlunun redaksiyamıza etdiyi müraciətdə bildirir ki, ”22.06.2019-cu il tarixində, axşam 16:00 radələrində oğlum Qəribli Həsən Əflatun oğlu, özünü pis hiss etmiş və burnundan qan açılmışdır. Dərhal hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə məlumat verdim. Bir neçə müddət keçdikdən sonra gələn təcili tibbi yardım maşını ilə oğlum Ə.Qəriblini rayon mərkəzi xəstəxanasına apardıq.” Xəstəxanada həkimlərin xəstəyə qarşı məsuliyyətsiz yanaşmasını görüncə tibb işçilərinə öz etirazını bildirən 2-ci qrup əlil Ə.Qəribov övladının gözü qarşısında baş həkim Emin Hüseyn tərəfindən döyülərək şiddətə məruz qalmışdır. Baş verən hadisə ilə bağlı rayon Prokurorluğuna müraciət etdiyini bildirən şəhid qardaş bu günə qədər dövlət orqanı tərəfindən baş həkim barəsində heç bir qanuni tədbirin görülmədiyini qeyd edib.
Maraqlıdır,baş həkim Emin Hüseyn barəsində bu qədər şikayətçinin olması və açıq aydın korrupsiya əməlləri haqqında iddiaların irəli sürülməsinə baxmayaraq, bu şəxsə qarşı heç bir qanuni tədbir görülmür. Hər zaman ölkə prezidenti cənab İlham Əliyev öz çıxışlarında xüsusi vurğulayıb ki,vəzifə səlahiyyətləridən sui-istifadə edərək,xalqa xidmət göstərməyən və öz mənafeyləri uğrunda çalışan məmurlara ən ağır cəza müəyyən ediləcək.
Əlbəttə ki,bu gün ölkə başçısı tərəfindən verilən göstərişə əsasən,bir çox dövlət qurumlarında aparılan kadr islahatları onu deməyə əsas verir ki,Emin Hüseyn və onun kimi korrupsioner və səriştəsiz məmurlar gec və ya tez öz cəzalarını alacaqlar.шаблоны для dle 11.2
Tarix: 6-06-2020, 12:17
Baxış sayı: 115



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu