Koronavirus imtahanı - virusu kim yayıb? - ŞƏRH A- / A+
Koronavirus imtahanı - virusu kim yayıb?



Heç kim dünyanın dağılmasını istəmir


Dünyanın çox kiçik olduğu bir daha təsdiqləndi. Marsı, başqa planetləri fəth etmək istəyən insanlıq koronavirusun əlində acız qalıb. Özündən deyən və özündən zəifləri əzib haqqını yeyən dövlətlərdə belə yoluxucu xəstəlik fövqəladə vəziyyət rejiminin tətbiqinə gətirib çıxarıb.

Bu virus yenidirmi? Məlumatlara əsasən, 5 il əvvəl aşkarlanıb. Deməli, başqa ziyanlı mikrob, virus və bakteriyalar, habelə müxtəlif informasiyalar kimi koronavirus da atmosferdə mövcuddur. Bəs niyə 2015-ci ildə bu virusla bağlı belə ajiotaj yaranmamışdı? Virusun yayılması ilə neftin qiymətinin düşməsi idarə ediləndirmi? Niyə pandemiya yaranıb? Bunun yayılmasında maraqlı olan kimdir? Bu, dünya üçün sınaqdırmı?

Qeyd edək ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus bütün ölkələrdə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Göründüyü kimi, infeksiya dekabrda yayılmağa başlayıb. Başqa sözlə, ABŞ-la Çin arasında ticarət əlaqələrinə dair münaqişə ilə bağlı kompromis əldə edilən günün sabahı yoluxma xəbəri elan olunub. 2019-cu il dekabrın 13-də bu iki ölkə arasında ixracatın artırılması və verginin azaldılması haqqında razılıq əldə edilmişdi. Bu razılaşmaya əsasən, Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları da daxil olmaqla başqa malların idxalatı artılacaq. Rəsmi Pekin ABŞ-dan daha çox taxıl və qarğıdalı almağı vəd edib. Bundan başqa, tərəflər əqli mülkiyyət, texnologiya transferi, kənd təsərrüfatı, maliyyə xidməti və başqa mübahisəli valyuta məsələlərində razılığa gəlmişdilər.


Cari il yanvarın 15-də isə ABŞ prezidenti Donald Trampla Çin Dövlət Şurası başçısının müavini Lü He arasında dövlətlər arasında ilk mərhələyə dair sənəd imzalandı. Həmin razılaşmaya əsasən, iki il ərzində Çin ABŞ-dan 200 milyard dollarlıq kənd təsərrüfatı məhsulları və başqa mallar almalıdır. Rəsmi Vaşinqton qarşı tərəfin mallarına tətbiq etdiyi 25 faizlik vergini ləğv etməmiş, onu ikinci mərhələdə sənədin imzalanmasınadək əlində kozır kimi saxlamışdı. Razılaşmaya əsasən, ABŞ Çini valyuta üzərində manipulyasiya edən ölkələr siyahısından çıxarıb. Tərəflər bir-birinin valyutasını dəyərdən salmamaq barədə öhdəlik götürüb. Bu anlaşma imzalandığı tarixdən 30 gün sonra, fevralın 14-də qüvvəyə minməli idi. Ancaq virus dünyanın iki böyük dövləti arasında razılaşmanın həyata keçməsinin qarşısını aldı.

2015-ci ildən sonra dünyada siyasi hadisələr daha da gərginləşdi. Rusiya Suriyada hərbi əməliyyatlara fəal qoşuldu. Çin və Rusiya İrana himayədarlığını artırdı. Nəticədə “altılıq” dövlətləri ilə İran arasında əhatəli razılaşma sənədi imzalandı. Bir il sonra ABŞ bu razılaşmadan çıxdığını bildirdi. Türkiyədə dövlət çevrilişinin qarşısı alındı. Avropa İttifaqı ABŞ-ın İran siyasətini dəstəkləməkdən imtina etdi. İsrail paytaxtını Qüdsə köçürdü. Dünyada maliyyə böhranı yarandı.

Son günlər isə neftin qiymətinin ucuzlaşması və dolların bahalaşması baş verib. Belə çıxır ki, 5 il əvvəl bu virusun yayılması sərf eləmirdi, yaxud da vəziyyətə uyğun sayılmırdı. Neft və ABŞ dollarının qiymətinin idarə edildiyi sirr deyil. Bununla da dünya siyasətində, hətta dünyanın siyasi xəritəsində dəyişiklik edilir. Son günlər koronavirus bir sıra dövlətlərin iqtisadiyyatına ciddi ziyan vurub, ictimai, mədəni əlaqələr zəifləyib, yox səviyyəsinə enib. Belə bir ağır şəraitdə neftin qiymətinin ucuzlaşması virusun yayılması məsələsində şübhəli məqamların olduğunu təsdiqləyir.

Son günlər pandemiyanın episentrinin Avropa, daha doğrusu, Avropa İttifaqına üzv dövlətlərdir. Çinə ən yaxın olan Hindistan yox (əlbəttə, bu ölkəyə də heç onu arzulamırıq. Sadəcə fikrimizi daha dolğun izah etmək üçün nümunə kimi ən uyğununu bu ölkəni bildik), Avropa? Axı xəstəliyin daha geniş və sürətlə yayılması üçün Hindistanın “imkanları” daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə indiki kimi fəaliyyət göstərmirdi. Bu qurum indiki kimi fəaliyyət göstərsəydi, virusun qarşısını çoxdan almaq olardı. İndiyə vaksin belə hazır olmuşdu.

Ümumiyyətlə, ABŞ-la Çin arasında razılaşma əldə edildikdən bir gün sonra infeksiya ilə bağlı xəbərin yayılması pandemiyanın da idarəedilən olduğunu ehtimal etməyə əsas verir. Bəs bunun yayılmasında maraqlı kimdir? Məsələn, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lipszyan hesab edir ki, virusu ABŞ, hərbçiləri yaya bilər. Onun sözlərinə görə, koronavirusdan ölən amerikalı əsgərə əvvəlcə adi qrip diaqnozu qoyulmuşdu: “ABŞ-da “sıfır” pasiyent nə vaxt olacaq? Neçə nəfər bu virusa yoluxub? Belə ehtimal etmək olar ki, virusu Uhana ABŞ hərbçiləri gətirib. Səmimi olun! Göstəriciləri açıqlayın! ABŞ hamımıza izahat verməlidir!"

Ötən həftə İranın ali rəhbəri Əli Xamənei Silahlı Qüvvələr tərəfindən koronavirusun yayılması ilə mübarizə, eləcə də "bioloji hücumdan müdafiə" istiqamətində qərargah yaradılmasına dair fərman imzalayıb. O, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmmədhüseyn Bağıriyə ünvanladığı məktubda koronavirusun yayılmasını ölkəsinə qarşı “bioloji hücum” ehtimalı ilə əlaqələndirib. O, məsələyə dair əllərində sübutlar olduğunu desə də, detallara toxunmayıb. İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salami virusun İranda yayılmasında ABŞ-ı ittiham edib: “Bu, ABŞ tərəfindən reallaşan mümkün bioloji hücumdur”. Xamənei də virusu “bioloji hücum” sayaraq burada ABŞ-ın əli olduğunu istisna etməyib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo İran liderinin ittihamlarına cavab olaraq “Twitter” səhifəsində yazıb: “Xaməneini xalqını aldatmağa son verməyə çağırıram. Xalqa doğruları deyin! Xaməneinin bildiyi kimi, bioloji müdafiənin ən gözəl yolu İran xalqına Uhan virusunun Çindən İrana yayılması barədə həqiqəti deməkdir. Halbuki o, “Mahan Air” şirkətinin Çinə uçuşlarını dayandırmadı və əvəzində buna qaşı çıxanları da həbs etdirməklə susdurdu”.

Ancaq ABŞ-la Çinin yaxınlaşmasını istəməyən başqa qüvvələr də yox deyil. 5 il əvvəl baş qaldıran bu infeksiyanın pandemiya səviyyəsinə gəlməsinə görünməz əllər də xidmət edə bilər. Bu əməli törədənlər Yer kürəsini oxundan çıxarıb onu məhv etməyə qadir deyillər. Onlar oturduqları ağacı baltalayıblar. Bu ağacın adı dünyadır. Dünya insanların qurduğu cəmiyyətdir. Daxili çəkişmələr, hikkə, kin onun məhv olmasına xidmət edir. Dünyanın dağılmasından narahatlıqla bağlı çoxsaylı filmlər çəkilib, ideyalar irəli sürülüb. Ancaq onun qorunmasını istəyənlər də var.

1908-ci ildə Sibirə düşən Tunqus meteoritinin də təhlükəli olacağını bildirirdilər. 2013-cü ildə meteorit 30 km yüksəklikdə partlayaraq Rusiyanın Çelyabinsk şəhərinin üzərinə düşmüşdü. Onun partlayış gücü 500 kiloton, yaxud Xirosimaya düşən bombadan 30 dəfə güclü olmuşdu. 2016-cı ilin mayında Yer kürəsinə kosmosdan asteroid uçacağı barədə məlumat yayılmışdı. Həmin göy cisminin planetə, deməli, həm də dünyaya ciddi ziyan vuracağı ehtimal olunurdu. Alimlər həmin asteroidin kosmosda dağıdılması təklifini irəli sürür, Yer kürəsini, həm də dünyamızı bəladan qorumaq üçün cəhdlər edirdi. Həmin göy cismi Yerə çox yaxın məsafədən keçmişdi. Ancaq insanlar narahat oldu.

Nəhayət, heç kim dünyanın dağılmasını istəmir. Onu dağıdacaq bəlalardan hamı qorunmağa çalışır. Siyasi, iqtisadi cəhətdən kim kimdən heyf çıxsa da, bu həm də bir sınaqdır. Dünyamızı bürüyən, yaxud bürüyəcək bəladan xilas olmağa insanlıq nə dərəcədə hazırdır? İnsanlar bir-birinə arxa dura bilirmi? Hökumətlər öz vətəndaşlarının qayğısına qalırmı? Vətəndaşları ilə bu kimi məsələlərdə nə dərəcədə şəffaflığa əməl edir?

Beləliklə, dünya hələlik görünməyəcək bir bəla ilə üz-üzədir: özünü ən mədəni sayan cəmiyyətlərdən tutmuş ən geri qalanlarınadək. İdarəedilən, ya idarəedilməyənliyindən asılı olmayaraq, hamı sınaq qarışısındadır, hamı koronavirus fənnindən imtahan verir.
шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 11:49
Baxış sayı: 234



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu