Rusiyalı politoloq Avropa Şurasını tənqid etdi A- / A+
Rusiyalı politoloq Avropa Şurasını tənqid etdi



Avropa İttifaqı tərəfindən ikili standartlar və ayrı-seçkilik öz fikri olanlara və Avropa “demokratiyası”nı təqlid etməyənlərə münasibətdə tətbiq olunur.

"TodayNews.az" xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

O bildirib ki, Avropa Şurasında təkcə Azərbaycan yox, həm də onun tərəfdaşı Rusiya ikili standartlar siyasətinə məruz qalır:

“Əgər Bakı Avropa “multikulturalizmi”ni öz milli maraqlarından üstün tutsaydı, o zaman Azərbaycana yaxşı münasibət olardı. Amma Azərbaycan güclü, müstəqil dövlət olduğu, sərbəst şəkildə gey-paradların keçirildiyi Ermənistandan fərqli olaraq ailə və milli dəyərləri qiymətləndirən dövlət olduğu üçün “sivil” Köhnə dünyanın qərəzli münasibətilə qarşılaşır”.

Politoloqun sözlərinə görə, o, Avropa Şurasının faktiki olaraq açıq riyakarlıq və ayrı-seçkilik təbliğatı məkanına çevrilməsi barədə sağlam düşüncəli siyasətçi və analitiklərin fikirləri ilə razıdır:

“Bundan əlavə, qeyd etmək istəyirəm ki, bu təşkilat açıq-aşkar tənəzzül edir və dünyada nüfuzunu itirir. Bu təşkilat əvvəllər də şərti xarakter daşıyırdı və bu, əsasən ABŞ-ın və onun transmilli korporasiyalarının maraqlarının lobbiçiliyi sayəsində baş vermişdi. İndi isə Avropa böyük okeanaşırı tərəfdaşının siyasəti sayəsində siyasi yol ayrıcında dayanıb və öz suverenliyinin möhkəmlənməsinə xidmət edəcək qərarı verməkdə çətinlik çəkir”.шаблоны для dle 11.2
Tarix: 6-02-2020, 21:21
Baxış sayı: 549







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu