İqbal Ağazadə növbəti dəfə “İnqilab İsmayılov”da A- / A+
İqbal Ağazadə növbəti dəfə “İnqilab İsmayılov”da





35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti dəfə İnqilab İsmayılov küçəsindəki sakinlərlə görüş keçirib.

"TodayNews.az"ın məlumatına görə, çıxış edən İ. Ağazadə bildirib ki, saxtakarlığa əl atmaq istəyənlər buna imkan verməyəcəyimizi bilsinlər: "Bu dəfə saxtakarlıq olmayacaq. Kimsə buna ümid edirsə, yanılır. Seçici kimə səs verəcəksə, o da seçiləcək".

Hər kəlməsində alqışlanan İ.Ağazadə ölkə vətəndaşlarının bəzi problemlərinə toxunaraq onların həlli üçün nə gərəkirsə edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu görüşdə də izdiham yaşanıb. Seçicilər çıxış edərək İ. Ağazadəni dəstəklədiklərini və seçki günü ona səs verəcəklərini bildiriblər.шаблоны для dle 11.2
Tarix: 30-01-2020, 22:22
Baxış sayı: 597



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu