Ramiz Mehdiyev AMEA-NIN Prezidenti seçildi A- / A+
Ramiz Mehdiyev AMEA-NIN Prezidenti seçildi


Bu saatlarda Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib.
TodayNews.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib.
O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib.
Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.
Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub.
AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir.
Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var.шаблоны для dle 11.2
Tarix: 23-10-2019, 17:17
Baxış sayı: 1 014







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu