"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı" A- / A+
"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"




Əvvəllər bir qəsəbə var idi, Mərəzə qəsəbəsi. 25 aprel 2008-ci il tarixdə Nərimankənd kəndi ilə birləşdirilərək Qobustan şəhəri yaradıldı və Qobustan rayonunun inzibati mərkəzi oldu. Bu gün də elədir. Təbii ki, hər bir şəhərdə əhalinin sağlamlığı və istirahəti üçün müəyyən işlər görülür, ən əsası isə parklar salınır.

Qobustan şəhər sakinləri "Todaynews.az"-a bildirirlər ki, onların da əvvəl gözəl istirahət parkı olub, amma son zamanlar park baxımsızlıqdan gediləsi deyil. Parkda nə oturmağa skamya var, nə ot örtüyü, nə çarhovuz, nə də təmizlik. Sakinlər bildirirlər ki, əvvəllər parkın adı "Heydər Əliyev" olub, sonra bu ad götürülüb və sadəcə park qalıb.

Yəqin ki, əlaqədar orqanlar sakinlərin çəkib göndərdiyi şəkillərə baxacaq və müvafiq tədbirlər görəcəklər.

Qeyd edək ki, bir neçə il öncə sözü gedən parkın girişində qeyri-qanuni tikinti işləri aparılırdı. Belə ki, Qobustan şəhər bələdiyyəsinin sədri Novruzov Vasif Əliş oğlu, vəzifə səlahiyyətindən istifadə edərək Heydər Əliyev adına parkın girişində obiyekt inşa etdirirdi. Əldə etdiyimiz məlumatlara əsasən “sahibkar” bələdiyyə sədri Əmlak Komitəsindən qanuni sənət almadan obiyektin tikintisinə başlayıb.
Maraqlısı budur ki, obiyektin inşasına istər icra hakimiyyəti tərəfindən , istərsədə aidiyyəti qurumlar tərəfindən reaksiya verilmir. Onu da nəzərinizə çatdıraq ki, prezident İlham Əliyevin göstərişinə əsasən məmur heç bir halda sahibkarlıqla məşğul ola bilməz. Lakin bəzi məmurlarımız ölkə başçısının göstərişinə əməl etmədən dolayısı yolla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fakt üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz məlumat bələdiyyə sədrinin ifşası üçün yetər.
Əgər, Qobustan RİH başçısı Adil Məmmədov şəhər bələdiyyəsinin qanunsuz əməllərinə göz yumursa və rayonda qanunsuzluqlara şərait yaradırsa deməli bütün özbaşınalıqların arxasında məhz A. Məmmədov durur. Məlum məsələdir ki, bələdiyyə sədirləri birbaşa icra başçıların sifarişlərini həyata keçirir. Amma onu da qeyd edək ki, bələdiyyə sədirləri müstəqil qurum olaraq iş fəaliyyətlərini sərbəst yerinə yetirməlidir.
Qardaş Türkiyədən fərqli olaraq ölkəmizdə bələdiyyə sədirləri daha çox qazanc əldə etmək haqda düşünür. Deməli, V. Novruzov və digər bələdiyyə sədirlərinin müstəqil fəaliyyətlərindən söhbət gedə bilməz. Yəni, V. Novruzov gəlirin 50% icra başçısına ötürmək şərti ilə vəzifəni qoruyub saxlamaq hüququna malikdir. Elə bu səbəbdəb Qobustanda H. Əliyev parkın girişində qeyri-qanuni inşa edilən ticarət obiyekti Vasif- Adil cütlüyünün şərikli “mülkiyyətidir”. Hal hazırda tikinti işləri dayandırılıb və tikilən hissə sökülüb söküntünün qalıqları ilə hələ də parkın ərazisindədir.шаблоны для dle 11.2
Tarix: 17-07-2019, 00:24
Baxış sayı: 1 803



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      Sorğu