Laçının işğalından 27 il ötür A- / A+
Laçının işğalından 27 il ötür


"Bu gun də ayrılıq gunu idi.. Laçınımızdan ayrıldığımız gün...
Nəyə ağlayaq? Güneyəmi? Dərbəndəmi? Yoxsa Borçalıyamı, İrəvanamı? Uzaq Kərkükəmi yanaq? Xınalı Şuşamızı, yoxsa küllü Qarabağımızımı oxşayaq? Nə çox dərdimiz varmış, İlahi? Yaralarımızı bir-bir sağaltmağın zamanı deyilmi?
Özümüzdən başlamalıyıq - içimizi, ruhumuzu sağaltmağın, eyvallah deyib, dizimizin üstündən qalxmağın zamanıdır...
Cumhuriyyətimiz 100 illiyini də qeyd etdi. Gəncliyimizi səfərbərliyə səsləyirəm. Gəlin, əl-ələ verib də yaralarımızı tək-tək birlikdə sarıyaq. Elə bir dövlət quraq ki, vətəndaşı, insanı başını dik tutub gəzə bilsin, cəlayi-vətən olan övladlarımız geri dönsün, dünyanın hansı yerində ədalətsizliklə üzləşən insan olsa, bizi ünvan seçsin... Biz bunu bacararıq. İnanın.Mən hər kəsi eyni sırada dayanmağa çağırıram. 300 ağıllı, iddialı, lider ola biləcək gənc çiynini bu millətin dərdinin altına birgə verə bilsə, biz Azərbaycanımızı göylərə qaldırarıq. Kimsə əlini yelləyib keçməsin. Bir yerdə olmamaq üçün nə qədər arqument, nə qədər əsas istəsəniz, gətirmək olar. Amma bir yerdə olmaq üçün ən böyük səbəb AZƏRBAYCANDIR. Ömrünün bir neçə ilini yorulmadan, usanmadan bu işə sərf edən gənclər olsa, bir tarix yazarıq. Eynilə Cumhuriyyətimizi elan etmiş 26 böyük insan kimi! Varmısınız?"шаблоны для dle 11.2
Tarix: 17-05-2019, 19:31
Baxış sayı: 30







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

Bu gün Mübariz ibrahimovun il dönümüdür

Sorğu