“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başladı - FOTOLAR A- / A+
“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başladı
“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb.

Bütünlüklə yenilənmiş kinoteatr “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinə daxildir.

“CinemaPlus”dan verilən məlumata görə, dünya standartlarına cavab verən və iki mərtəbədən ibarət kinoteatrda 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə bilərlər. Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VIP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabaları üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” da daxildir.

“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başladı
“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başladı
“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başladıшаблоны для dle 11.2
Tarix: 6-12-2016, 23:00
Baxış sayı: 179







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu