“Fazil Mustafa deyir ki, Bakıya rayonlardan giriş bağlansın” A- / A+
“Fazil Mustafa deyir ki, Bakıya rayonlardan giriş bağlansın”






Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

“TodayNews.az” xəbər verir ki, iclasda çıxış edən komitə sədri Tahir Mirkişili bildirib ki, bu gün dünyada baş verən hadisələr iqtisadiyyatda yeni reallıqlar yaradıb: “Ancaq Azərbaycanda həyata keçirilən islahatlar bu günə və sabaha hesablanaraq həyata keçirilir. Sabah neftin qiyməti indikindən də aşağı düşsə belə, həyata keçirilən islahatlar buna cavab verə biləcək. Yerlərdə sahibkarlara görüş keçiriləcək. Həmçinin komitədə ictimai dinləmələrin keçirilməsi də nəzərdə tutulur”.

Deputat Rüfət Quliyev çıxışında koronovirusun iqtisadiyyatda yaratdığı problemdən danışıb. O bildirib ki, kronavirusla əlaqədar inkişaf etmiş dövlətlərdə müəyyən planlar hazırlanır: “Azərbaycanda istənilən qədər addımlar atılır. Amma istər-istəməz bilirik ki, iqtisadiyyatda müəyyən qədər problemlər yaranır. Azərbaycanda maliyyə və iqtisadi qurumlara müraciət edək ki, onlar da plan hazırlasınlar”.

Deputat Vahid Əhmədov isə Rəqabət Məcəlləsi və “Təhsil kreditləri haqqında” qanun layihələri qəbul edilməsini təklif edib: “Azərbaycanda hansısa məmurlar illərdir bu Məcəllənin qəbuluna mane olur. Bundan əlavə, “Təhsil kreditləri haqqında” qanunun qəbuluna ciddi ehtiyac var”.

Koronavirusun dünya üçün böyük bir bəla olduğuna da toxunan deputat vurğulayıb ki, Azərbaycan bundan kənarda qalmayıb: “Ancaq elə insanlar var ki, bir gün işləməsə, sabaha çörək alıb evinə gətirə bilməyəcək. Bir günlük, beş günlük müqavilələrlə işləyən insanlar var. Onlar nə etsin? Fazil Mustafa deyir ki, Bakıya rayonlardan giriş bağlansın. Bakıya rayonlardan kifayət qədər məhsullar daxil olur. Bunları fikirləşmək lazımdır. Onlayn sistemlə bu məsələni həll etmək mümkün deyil. Təbii ki, insanları qorumaq lazımdır”.

Deputat Vüqar Bayramov “Startaplar haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıb: “Növbəti sessiyada bu layihə hazırlanmalıdır. Bilirsiniz ki, onlarda ideya olur, vəsait olmur. Dünya iqtisadiyyatı əsasən bu sahədən gəlir əldə edir”.

Deputat Məşhur Məmmədov təklif edib ki, regionlarda vergilərin azaldılması məsələsinə baxılmalıdır: “Bu, regionlarda iş yerlərinin artmasına gətirib çıxaracaq. Belə olarsa, sosial problemlərin həlli mümkün olar və eyni zamanda, bu, rayonların büdcələrinin formalaşmasına kömək edəcək”.шаблоны для dle 11.2
Tarix: 17-03-2020, 11:51
Baxış sayı: 736



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      Sorğu