Suraxanının yolları sürətlə abadlaşır A- / A+
Suraxanının yolları sürətlə abadlaşır






Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq, ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, rayonun bütün qəsəbələrinin yolları yüksək sürətlə abadlaşır.

“TodayNews.az” xəbər verir ki, asfalt işinin aparıldığı qəsəbələrdən biri də Hövsan qəsəbəsidir. Hazırda Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində 3 istiqamətdə ümumi uzunluğu 3 kilometrdən çox olan yolda asfalt işləri görülür. Qəsəbədə, eyni zamanda Elman Qasımov, Dənizkənarı, Oqtay Şabanov küçələri, Zeytun sovxozunda İbiş Məmmədov küçəsi asfaltlanıb.

Rayonun bütün qəsəbələrində asfalt işlərinin görülməsinə ehtiyac olan küçələr, məhəllədaxili yollar mərhələli şəkildə asfaltlanır.

Bu layihənin həyata keçirilməsinə “Azəravtoyol” ASC-nin 10-dan çox yol tikinti idarəsi cəlb olunub.шаблоны для dle 11.2
Tarix: 16-03-2020, 10:58
Baxış sayı: 637



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu