Kolleclərə sənəd qəbulu bu gün başa çatır A- / A+
Kolleclərə sənəd qəbulu bu gün başa çatır





Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il 11 mart saat 23:59-da başa çatacaq. “TodayNews.az” xəbər verir ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

11 mart saat 09:10-a olan məlumata əsasən 17562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiq edib.шаблоны для dle 11.2
Tarix: 11-03-2020, 10:07
Baxış sayı: 631



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu