“Xaliq Faiqoğlu” şirkəti xanım sərnişinləri təbrik etdi A- / A+
 “Xaliq Faiqoğlu” şirkəti xanım sərnişinləri təbrik etdi






“Xaliq Faiqoğlu” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım sərnişinləri təbrik edib. "TodayNews.az"ın məlumatına görə, şirkət əməkdaşları şəhərin müxtəlif yerlərində marşrut xətləri üzrə avtobuslara daxil olaraq, qadınları təbrik edib, onlara tər çiçəklər təqdim edib. Xanım sərnişinlər göstərilən diqqətə görə təşəkkür ediblər.

Qeyd edək ki, ictimai nəqliyyatdan istifadə edənlərin yarıya qədərini xanımlar təşkil edir. Qadınların cəmiyyətimizin inkişafında, xüsusi ilə milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında müstəsna xidməti var. “Xaliq Faiqoğlu” bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir.шаблоны для dle 11.2
Tarix: 8-03-2020, 21:33
Baxış sayı: 643



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu