Bu nazirliklərin saytı niyə açılmırdı? A- / A+
Bu nazirliklərin saytı niyə açılmırdı?






Bu gün Nazirlər Kabinetinin, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin saytlarına girişdə məhdudiyyətlər yaranıb.

Yaranmış problemlə bağlı “TodayNews.az” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirlikdən “TodayNews.az”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq: “Əslində bu cür hallar saytların daha çox həddindən artıq yüklənməsi zamanı baş verir. Ancaq biz yenə də Elektron Təhlükəsizlik Xidmətinə bununla bağlı müraciət edəcəyik. Çünki dünən də bizə belə bir qeyri-rəsmi müraciət daxil olmuşdu. Ancaq adıçəkilən nazirliklərin heç birindən bizə müraciət olunmayıb. Dünən araşdırdıq, müvafiq qurumlarla bağlı heç bir problem yox idi. Bu gün də həmin qurumlarla bağlı araşdırma aparılacaq”. Qeyd edək ki, bir neçə saat əvvəl “WhatsApp” sosial şəbəkəsində Azərbaycanda məktəblərin tətil müddətinin mayın 1-dək uzadılması barədə məlumat yayılmışdı. Həmin məlumatdan sonra həm Nazirlər Kabinetinin, həm də Təhsil Nazirliyinin saytına girişdə məhdudiyyət yaranmışdı. Hazırda hər iki nazirlik daxil olmaqla, digər qurumların da saytları normal fəaliyyətini davam etdirir.шаблоны для dle 11.2
Tarix: 8-03-2020, 21:21
Baxış sayı: 589



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu