Autizmli uşaqlardan Mehriban Əliyevaya 8 Mart təbriki A- / A+
Autizmli uşaqlardan Mehriban Əliyevaya 8 Mart təbriki





Autizm sindromlu uşaqlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə özünəməxsus tərzdə tərbrik ediblər. "TodayNews.az" xəbər verir ki, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin sakinləri Mehriban Əliyeva üçün bayram tortu hazırlayaraq öz təbriklərini video çarx vasitəsilə göndəriblər.

Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva keçən il dekabrın 30-da Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olaraq uşaqlara baş çəkmiş, onlarla birgə Yeni il bayramını qeyd etmiş, tort bişirmiş, pianoda müxtəlif musiqilər ifa etmişdilər.шаблоны для dle 11.2
Tarix: 7-03-2020, 18:52
Baxış sayı: 574



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu