Rəqsanə əri ilə klipə çəkildi A- / A+
Rəqsanə əri ilə klipə çəkildi





Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla birgə kamera qarşısına keçib.

“TodayNews.az” xəbər verir ki, “Həyatıma xoş gəldin” adlı klipinin görüntülərini sosial şəbəkədə paylaşan Rəqsanə 14 fevral tarixinin onun üçün özəl olduğunu bildirib. Belə ki, bu gün həm sənətçinin nikah bağladığı, həm də sevgililər günüdür.

“Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi bu gün xoş və xoşbəxt günümü paylaşıram. Çox həyəcanlıyam. Həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları... Arzu edirəm ki, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun”, - deyə Rəqsanə qeyd edib.шаблоны для dle 11.2
Tarix: 14-02-2020, 12:18
Baxış sayı: 649







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu