Dövlət Yol Polisi müraciət yaydı A- / A+
Dövlət Yol Polisi müraciət yaydı





Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edib.

“TodayNews.az” bununla bağlı müraciəti təqdim edir:

“Son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq belə hava şəraitində nəqliyyat vasitələrini idarəetmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükan arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi tövsiyə edir.

Bundan başqa, piyadalara asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, yolun hərəkət hissəsi ilə piyada getməmələri məsləhət bilinib .шаблоны для dle 11.2
Tarix: 11-02-2020, 12:49
Baxış sayı: 654







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu