Artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandı A- / A+
Artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandı





“Abonentə artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandırılıb”.

“TodayNews.az”a bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər verib. Bildirib ki, göstəricidə mexaniki səhvə yol verilib və yaxın zamanda məsələ həllini tapacaq:

“Vətəndaşa vəziyyət izah olunub. Səhvə yol verən Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı cəzalandırılıb. Səhvin düzəldilməsi üçün sadəcə müəyyən qədər vaxt tələb olunur. Burada rəsmi şəkildə bir neçə prosedur keçirilməlidir. Göstəricidə yol verilən səhvlə bağlı düzəliş olacaq”. Xatırladaq ki, Masallı rayon Qızılavar kənd sakini Cəsarət Şahbazov redaksiyamıza müraciət edərək ona verilmiş qəbzdə qaz sərfiyyatı 1566 kub metr yazılsa da, sayğacda son göstəricinin 1329 kub metr olduğunu, 60 manat artıq borc yazıldığını söyləmişdi.шаблоны для dle 11.2
Tarix: 21-01-2020, 17:08
Baxış sayı: 781







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu