Keçmiş xanımı Anar Mədətovu məhkəməyə verdi A- / A+
Keçmiş xanımı Anar Mədətovu məhkəməyə verdi





Qalmaqallı boşanma hadisəsi ilə gündəmə gələn prosüder Anar Mədətovu keçmiş arvadı Elnurə Mədətova məhkəməyə verib.

“TodayNews.az”ın verdiyi xəbərə görə, E.Mədətova Nəsimi rayon məhkəməsinə müraciət edərək keçmiş əri Anar Mədətova, onun anası Mahirə Quliyevaya qarşı iddia qaldırıb. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Eyni zamanda, Anar Mədətov da məhkəməyə müraciət edərək keçmiş arvadına qarşı iddia qaldırıb. O da əmlakın bölüşdürülməsini istəyib. Nəsimi rayon məhkəməsi hər iki şəxsin iddiasını qismən təmin edib. Lakin prodüser qərardan narazı qalaraq apelyasiya şikayəti verib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə baxılır. Növbəti məhkəmə iclası fevralın 27-də keçiriləcək.

Qeyd edək ki, Anar Mədətovun oğlu, məşhur futbolçu Mahir Mədətov atasının boşanmadan ikinci dəfə digər qadınla evlənməsinə görə ondan imtina edərək Emreli soyadını götürmüşdü.шаблоны для dle 11.2
Tarix: 22-02-2020, 16:12
Baxış sayı: 690



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu