Elza Seyidcahan Məzahir Pənahova müraciət etdi A- / A+
Elza Seyidcahan Məzahir Pənahova müraciət etdi




Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə seçki ilə bağlı açıqlama verib.

“TodayNews.az” xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən sənətçi instaqramda canlı yayıma qoşularaq bacısı Mehribana hücum olunduğunu söyləyib:

“Bizə təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Belə qırğın etməyə dəyməz! Mənə millət vəkili olmaq lazım deyil, onsuz Allah tərəfindən sənətkar kimi seçilmişəm. “YAP”ın fəxri üzvüyəm, amma məni burada düşmən kimi qarşıladılar. Bir kişi bacım Mehribanın üstünə atıldı ki, onu döysün. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova səslənirəm, məsələ araşdırılsın”.шаблоны для dle 11.2
Tarix: 10-02-2020, 12:41
Baxış sayı: 623







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu