“Mingəçevir” SES-in etibarlığı və təhlükəsizliyi gücləndirilir A- / A+
“Mingəçevir” SES-in etibarlığı və təhlükəsizliyi gücləndirilir






“Azərenerji” ölkənin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” Su Elektrik Stansiyasında təmir-bərpa işləri həyata keçirir.

ASC-dən “TodayNews.az”a daxil olan məlumata görə, 6 hidroaqreqatdan ibarət “Mingəçevir” Su Elektrik Stansiyasında aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.

Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

Bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

Hazırda 1 hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq və bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq.шаблоны для dle 11.2
Tarix: 16-03-2020, 11:33
Baxış sayı: 630



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu