Əli Abbasov Ramiz Mehdiyevə təşəkkür etdi A- / A+
 Əli Abbasov Ramiz Mehdiyevə təşəkkür etdi






AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. “TodayNews.az” xəbər verir ki, o, bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə kollektivə təqdim olunub.

AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Ə. Abbasovu kollektivə təqdim edərək alimin elmi, elmi-təşkilati, ictimai-siyasi və pedaqoji fəaliyyətindən danışıb.
Bildirib ki, YT Parkın fəaliyyəti Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və AMEA Rəyasət Heyəti bu qurumun rəhbərliyinin və kollektivinin elmi-innovativ fəaliyyətlə bağlı bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.

Tədbirdə çıxış edən akademik Əli Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Rəyasət Heyətinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Əli Abbasov 2014-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar naziri olub.шаблоны для dle 11.2
Tarix: 10-03-2020, 10:46
Baxış sayı: 612



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu